satellite   Azerspace-1: 11135 H 30000

İsrailin yeni müdafiə naziri əsas vəzifələrini açıqlayıb

İsrailin yeni müdafiə naziri əsas vəzifələrini açıqlayıb

İsrailin yeni müdafiə naziri İsrael Katz Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılmasını özünün əsas vəzifəsi adlandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, o, müvafiq bəyanatı “X”də paylaşıb.

Baş nazir Netanyahuya mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Biz birlikdə çalışacağıq ki, düşmənlərimiz üzərində qələbə qazanaq və müharibənin məqsədlərini həyata keçirək. Bu, ən mühüm missiya olaraq bütün girovların geri qaytarılması, Qəzzada “HƏMAS”ın məhv edilməsi və Livanda “Hizbullah”ın məğlubiyyəti, İranın təcavüzünün qarşısını almaq və İsrailin şimal və cənubunda yaşayanların sağ-salamat öz evlərinə qayıtmasıdır”, - deyə İsrael Katz bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM