satellite   Azerspace-1: 11135 H 30000

İspaniyada rekord həcmdə kokain partiyası müsadirə edilib

İspaniyada rekord həcmdə kokain partiyası müsadirə edilib

İspaniyanın hüquq-mühafizə orqanları 13 ton ağırlığında kokain partiyasını ələ keçirib. Bu, ölkə tarixində müsadirə edilmiş rekord həcmdir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə krallığın polisinin məlumatına istinadən “El Mundo” nəşri məlumat yayıb.

“Alxesiras limanında ümumi çəkisi 13 062 kq olan kokain dolu konteyner ələ keçirilib ki, bu da indiyədək İspaniyada narkotikin bu növünün ən böyük müsadirə həcmidir”, - məlumatda deyilir.

Bu partiyanın Avropada ikinci böyük partiya olduğu bildirilib. Narkotiklər Ekvadordan gətirilən banan qablarında gizlədilibmiş.

Polisin məlumatına görə, axtarış zamanı bir şübhəli şəxs saxlanılıb, idxalçı şirkətin iki meneceri isə axtarışa verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM