satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb

Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb

Özbəkistanda Taxtakaraça aşırımındakı yolda avtomobilin üzərinə qaya parçası düşüb, üç nəfər ölüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Xidməti (YHTX) teleqramda bildirib.

“Qaşqadərya vilayətinin Kitab rayonu ərazisindən keçən Kitab – Səmərqənd istiqamətində M-39 avtomobil yolunun 1 138-ci kilometrində “Chevrolet Cobalt” avtomobili yağıntılar səbəbindən dağ yamacından qopan qeyri-sabit qaya parçasının altında qalaraq əzilmişdir”, – məlumatda qeyd olunub.

Qəza zamanı nəqliyyat vasitəsinin salonunda olan üç nəfərin həlak olduğu bildirilir. Hadisə yerinə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

Aşırımda nəqliyyatın hərəkəti dayandırılıb, lakin YHTX tezliklə bərpa olunacağını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM