İsrail Müdafiə Nazirliyi “Boeing Co” şirkətindən 25 ədəd yeni nəsil “F-15” qırıcılarının alınması ilə bağlı 5,2 milyard ABŞ dollar dəyərində saziş imzalandığını açıqlayıb.
Naxçıvan televiziyası "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin baş direktoru Eyalya Zamir bəyanat yayıb.
"Yeni “F-15IA” təyyarələrinin tədarükü 2031-ci ildə başlayacaq və ildə 4-6 təyyarə təhvil veriləcək", - məlumatda bildirilib.
Bildirilib ki, təyyarələr silah sistemləri ilə təchiz ediləcək, yükdaşıma qabiliyyətinə və s. üstünlüklərə malik olacaq.
