satellite   Azerspace-1: 11135 H 30000

Reuters: Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatından imtina edib

Reuters: Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatından imtina edib

Donald Trampın baş müşaviri Brayan Lanzanın Ukrayna mövzusunda söylədiyi sözlər ABŞ-nin seçilmiş prezidentinin mövqeyini əks etdirmir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Reuters” agentliyi Trampın keçid komandasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

“Brayan seçki kampaniyasında işləmək üçün işə götürülmüşdü”, – deyə agentlik Tramp qərargahının nümayəndəsinin sözlərini sitat gətirir. “O, prezident Tramp üçün işləmir və onun adından danışmır”.

Daha əvvəl Lanza BBC-yə bildirmişdi ki, Ukrayna ərazilərin qaytarılması barədə düşünmək əvəzinə, Trampın Rusiya ilə “realist dünya görüşünü” qəbul etməlidir. Müşavir həmçinin vurğulamışdı ki, Trampın gələcək administrasiyası Ukraynanın əks-hücum imkanlarını təmin etmək əvəzinə, məhz sülhə nail olmaq məsələsinə diqqət yetirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM