satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada humanitar təşkilatların 300-dən artıq işçisi həlak olub

Qəzzada humanitar təşkilatların 300-dən artıq işçisi həlak olub

Son bir ayda Qəzza zolağında humanitar təşkilatların ən azı 20 işçisi İsrail qüvvələri tərəfindən öldürülüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı “Save the Children” və “Oxfam” da daxil olmaqla səkkiz təşkilatın hazırladığı hesabata istinadən məlumat yayıb.

“Onlar öz evlərində, qaçqın düşərgələrində və humanitar yardım apararkən həlak olublar. Bir çoxları öz yaxınlarını, ailə üzvlərini və qohumlarını itirib”, - telekanal bildirib.

Qeyd olunub ki, İsrailin aviazərbələrinin son qurbanları oktyabrın 19-da Fələstin anklavının cənubunda yerləşən Xan Yunisdə su kəmərinin təmiri zamanı həlak olan dörd mühəndis və iki fəhlə olub.

“İsrail hakimiyyət orqanları ilə əvvəlcədən razılaşdırılsa da, onların aydın işarələnmiş maşını vurulub. İsrail keçən il oktyabrda müharibəyə başladığından bəri Qəzzada 300-dən çox humanitar təşkilatların işçisi öldürülüb ki, bu da dünyada indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM