satellite   Azerspace-1: 11135 H 30000

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb

Hindistanın paytaxtı Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər qeyri-müəyyən müddətə bağlanıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadla xəbər verir ki, paytaxtın bütün ibtidai məktəblərində təhsil distant qaydada təşkil olunacaq.

Bildirilib ki, aşağı keyfiyyətli yanacaq, kənd təsərrüfatı ərazilərinin və tullantıların yandırılması, havaların soyuması Dehlinin havasında qatı tüstü yaradıb. 30 milyon insanın yaşadığı meqapolis qış mövsümündə ekologiyasına görə hər il ən aşağı reytinq əldə edir.

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, pis hava hər il Dehlidə 12 minədək insanın ölümünə səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM