satellite   Azerspace-1: 11135 H 30000

Moskvada Vaşinqtonla dialoqun bərpasına “cüzi ümid” yaranıb

Moskvada Vaşinqtonla dialoqun bərpasına “cüzi ümid” yaranıb

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Vaşinqton arasında dialoqun bərpasına ümid yarandığını bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, Peskov “The New York Times” qəzetinə müsahibəsində Donald Trampın prezident seçkilərində qələbəsindən sonra Rusiya ilə ABŞ arasında dialoqun bərpasına “cüzi ümid” yarandığını vurğulayıb.

O deyib: “Ən azı aşağı səviyyədə dialoqun bərpa olunacağına ümid var, çünki hazırda hər hansı bir dialoq, ümumiyyətlə, yoxdur”.

Eyni zamanda, Peskov qeyd edib ki, Rusiya “çəhrayı eynək taxmaq” fikrində deyil. “Biz gözəl başa düşürük ki, seçkiqabağı bəyanatlar verilir, lakin insan “Oval” kabinetə daxil olan kimi, hər şey dəyişir”, - deyə Kremlin sözçüsü bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM