satellite   Azerspace-1: 11135 H 30000

Şoltsun Putinə telefon zənginin təfərrüatı açıqlanıb

Şoltsun Putinə telefon zənginin təfərrüatı açıqlanıb

Almaniya Kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi Qərb liderləri və Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə razılaşdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa lideri Emmanuel Makron oktyabrın 18-də Berlində olarkən Olaf Şolts Vladimir Putinə zəngi barədə tərəfdaşlarını əvvəlcədən məlumatlandırıb. O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya liderinə zəng edəcəyini bildirib.

Nəşr qeyd edir ki, kanslerin məqsədi Vladimir Putindən ABŞ-da prezident seçkiləri fonunda danışıqlara hazır olub-olmadığını öyrənmək olub.

Almaniyanın Konstitusiya və Suverenlik Şurası qeyri-hökumət təşkilatının rəhbəri Ralf Nimayerin fikrincə, Olaf Şolts Rusiya Prezidentinə zəng etməklə Ukrayna müharibəsinin sülh yolu ilə həllində maraqlı olduğunu nümayiş etdirmək istəyib.

Qeyd edək ki, Rusiya və Almaniya liderləri arasında telefon danışığı noyabrın 15-də baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM