Pekin Kanadanı Çinin elektrik avtomobillərinə rüsumları ləğv etməyə çağırıb

Pekin Kanadanı Çinin elektrik avtomobillərinə rüsumları ləğv etməyə çağırıb

Kanada Ümumdünya Ticarət Təşkilatının qaydalarına əməl etməli və Çində istehsal olunan elektrik avtomobilləri üçün ticarət rüsumlarını aradan qaldırmalıdır.

NUHÇIXAN xəbər verir ki, Çinin xarici işlər naziri Van İ bunu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı forumunun Limada keçirilən sammiti çərçivəsində kanadalı həmkarı Melani Joli ilə görüşündə deyib.

“Kanada tərəfindən Çinin elektrik avtomobillərinə yüksək tariflərin tətbiqi azad ticarətin ruhuna ziddir və iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığının sağlam inkişafına kömək etmir”, - deyə Van İ bildirib.

Çinli nazirin sözlərinə görə, Kanada Ümumdünya Ticarət Təşkilatının qaydalarına əməl etməli və ÇXR-də istehsal olunan məhsullara qarşı ayrı-seçkilik xarakterli məhdudlaşdırıcı tədbirləri ləğv etməlidir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM