satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Livandakı sülhməramlıları atəşə tutulub

BMT-nin Livandakı sülhməramlıları atəşə tutulub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) patrulu ölkənin cənubunda atəşə tutulub.

Naxçıvan televiziyası-ın xəbərinə görə, bu barədə onların "Telegram" kanalındakı məlumatda bildirilir.

"Dünən günorta fransız və fin sülhməramlılarından ibarət UNIFIL Bedias kəndində xidmətlərini yerinə yetirərkən azı bir silahlının olduğu qrup “mavi dəbilqəlilər”in sərbəst hərəkət etməsinə mane olmağa çalışıb. Patrul maneəni keçərək planlaşdırılmış marşrut üzrə hərəkəti davam etdirməyə nail olub. Təxminən bir saat sonra patrul Maarake kəndini keçəndə ona atəş açılıb. Ehtimal edilir ki, qanunsuz qruplaşmaların üzvləri tərəfindən 40-a yaxın atəş açılıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, bəzi patrul avtomaşınlarında güllə dəlikləri aşkar edilsə də, sülhməramlılar xəsarət almayıb. Onlar dərhal hadisə barədə Livan Ordusuna məlumat veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM