satellite   Azerspace-1: 11135 H 30000

Pakistan və Çin birgə antiterror təlimləri keçirəcək

Pakistan və Çin birgə antiterror təlimləri keçirəcək

Çin Silahlı Qüvvələrinin qərb döyüş komandanlığı öz hərbçilərini noyabrın sonundan dekabrın ortalarına qədər davam edəcək terror əleyhinə birgə təlimlərdə iştirak etmək üçün Pakistana göndərəcək.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ÇXR Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, “Warrior-VIII” adlı təlimlər zamanı tərəflər çoxprofilli bölmələrin iştirakı ilə qarışıq manevrlər keçirəcək, həmçinin real döyüş prosesinə uyğun olan təlimlərdə iştirak edəcəklər.

İndiyədək hər iki ölkənin hərbçiləri yeddi analoji təlim keçiriblər. Bu təlimlərin məqsədi təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi, həmçinin müştərək əməliyyatlar üçün potensialı artırmaq olub.

Qeyd edək ki, Pakistan ilə Çininin sonuncu birgə antiterror təlimi 2019-cu ildə baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM