satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistanda 2025-ci il yaşıl iqtisadiyyat ili elan olunub

Özbəkistanda 2025-ci il yaşıl iqtisadiyyat ili elan olunub

Özbəkistanda 2025-ci il “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” elan edilib.

Naxçıvan televiziyası “UzDaily.uz” informasiya portalına istinadla xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlamentin aşağı palatasında çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün iqlim dəyişikliyinin mənfi nəticələri təkcə Özbəkistanda deyil, dünyanın bir çox ölkələrində hiss olunur.

Portal xatırladır ki, müasir ekoloji çağırışlara cavab olaraq üç il əvvəl Özbəkistan ümummilli “Yaşıl məkan” təşəbbüsünü irəli sürüb, həmçinin qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasını həyata keçirməyə başlayıb. Özbəkistan Prezidenti 2025-ci ili “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” elan etməklə bu fəaliyyəti yeni səviyyəyə qaldırmağı qarşıya qoyub.

Hökumət müəyyən edilmiş əsas vəzifələrin həyata keçirilməsinə yönəlmiş dövlət proqramı hazırlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM