satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq

İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin başçısının adını açıqlayıb. Hakim partiya hazırkı Baş nazir İrakli Kobaxidzenin yenidən Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze siyasi şuranın bugünkü iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, partiyanın siyasi şurasının qərarına əsasən, Baş nazir vəzifəsinə namizəd yenə İrakli Kobaxidze olacaq. Parlamentin sədri vəzifəsinə isə yenidən Şalva Papuaşvilinin namizədliyi irəli sürüləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM