satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir

Rusiya Prezidenti: MDB məkanında sabitliyin pozulması yolverilməzdir

Rusiya Prezidenti Vladimir Putin MDB məkanında sabitliyin pozulmasının yolverilməz olduğunu vurğulayıb.

Naxçıvan televiziyası "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının MDB ölkələrinin kəşfiyyat xidmətlərinə müraciətində deyilir.

"Bu gün mürəkkəb geosiyasi şəraitdə sizin konstruktiv qarşılıqlı fəaliyyətiniz xüsusilə vacibdir. MDB-də və qonşu regionlarda sabitliyin pozulmasına yol vermək olmaz. Bunun üçün əvvəlki kimi kollektiv təhlükəsizliyə qarşı istənilən mənfi tendensiyalar və potensial təhdidlər aşkar edilməlidir", - Prezident vurğulayıb.

V.Putin əlavə edib ki, onların inkişafı proqnozlaşdırılmalı, məlumat və təcrübə mübadiləsi aparılmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM