Londonda fermerlər etiraz aksiyasına başlayıblar

Londonda fermerlər etiraz aksiyasına başlayıblar

Yüzlərlə fermer Londonun mərkəzində traktorlarla etiraz aksiyasına başlayıb. Onlar miras qalmış kənd təsərrüfatı təyinatlı torpaqlara vergi tətbiq edilməsinə qarşı çıxırlar.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

"Yüzlərlə fermer yeni vergi ilə bağlı qəzəblərini ifadə etmək üçün bu gün traktorlarla Londonun mərkəzi rayonu olan Vestminster ətrafındakı küçələrə çıxıb", - telekanal bildirib.

Aksiyaya mətbuat nümayəndələri və müxalifət partiyalarının liderləri qoşulub. Bundan başqa, bir çox britaniyalı siyasətçi, o cümlədən keçmiş baş nazirlər Boris Conson və Liz Trass da fermerlərə dəstəklərini bildiriblər.

Daha əvvəl Böyük Britaniyanın Maliyyə Nazirliyi dəyəri 1 milyon funt sterlinqdən (təxminən 1,3 milyon dollar) çox olan miras qalmış kənd təsərrüfatı torpaqlarına 20 faiz vergi tətbiq ediləcəyini elan edib. Ölkə hökuməti bunun 500 fermer təsərrüfatına şamil ediləcəyini bildirib.

"Milli Fermerlər İttifaqı" (NFU) Fermer Assosiasiyası hesab edir ki, əslində vergi dəyişiklikləri fermer təsərrüfatlarının 66 faizini əhatə edəcək. Dəyişikliklərin 2026-cı ilin aprelində qüvvəyə minəcəyi gözlənilir.

Xəbər lenti
Müstəqilliyin sütunu

00:30 12.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM