satellite   Azerspace-1: 11135 H 30000

Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb

Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Tbilisidəki mitinqdə iğtişaşlarda iştirak edən 26 yaşlı şəxsi saxlayıblar.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatında bildirilib.

Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bu il dekabrın 4-də Rustaveli prospektində keçirilən aksiya zamanı həmfikirləri ilə birlikdə yeddi videomüşahidə kamerasını zədələyib.

Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin "Qrup şəxslər tərəfindən əşyanın zədələnməsi və ya məhv edilməsi" maddəsi ilə cinayət işi açılıb. Bu maddə üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzasını nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM