satellite   Azerspace-1: 11135 H 30000

Maykl Makfol: Kiyev NATO-ya üzv olmaq üçün bəzi ərazilərdən imtina etməlidir

Maykl Makfol: Kiyev NATO-ya üzv olmaq üçün bəzi ərazilərdən imtina etməlidir

ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol Donald Trampı Ukraynadakı vəziyyəti həll etmək üçün Kiyevi NATO-ya üzvlük müqabilində ərazilərinin bir hissəsindən imtina etməyə razı salmağa çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, Maykl Makfol bu təklifi “Foreign Policy” jurnalı üçün yazdığı məqalədə səsləndirib.

Onun fikrincə, Donald Tramp Ukraynanın NATO-ya üzvlüklə əldə edəcəyi təhlükəsizlik müqabilində ərazisinin bir hissəsini Rusiyaya verməyə dəvət edən kompleks plan hazırlamalıdır. “Yalnız belə bir kompromis regionda daimi sülhün bərqərar olmasına gətirib çıxara bilər”, - deyə məqalədə bildirilir.

Siyasətçinin sözlərinə görə, ABŞ-ın yeni seçilən prezidenti Ukraynanın alyansa üzvlük prosesinə açıq dəstəyini ifadə etməlidir ki, digər iştirakçı ölkələr qərarın ratifikasiyasını yubatmasınlar.

Maykl Makfol, həmçinin Donald Trampın Macarıstanın və Slovakiyanın Baş nazirləri Viktor Orban və Robert Fitso da daxil olmaqla Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan siyasətçilərə təsir etmək üçün böyük siyasi kapitala malik olduğunu vurğulayıb.

Qeyd edək ki, Donald Tramp seçki kampaniyası zamanı Ukrayna münaqişəsini hələ inaqurasiyadan əvvəl həll etmək niyyətində olduğunu dəfələrlə dilə gətirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM