satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Tayvana 38 ədəd “Abrams” tankı tədarük edib

ABŞ Tayvana 38 ədəd “Abrams” tankı tədarük edib

ABŞ Tayvana M1A2T modifikasiyalı “Abrams” tanklarının 38 ədəddən ibarət ilk partiyasını tədarük edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Agence France-Presse” Tayvanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

42 tank 2025-ci ildə, 28 döyüş maşınından ibarət sonuncu partiya isə 2026-cı ildə tədarük olunacaq.

Tayvana 2,2 milyard dollar dəyərində 108 ədəd M1A2T “Abrams” tankının satılması ABŞ Dövlət Departamenti tərəfindən 2019-cu ildə təsdiqlənib.

Hazırda Tayvanın tank parkı əsasən 1000 ədəd köhnə döyüş maşınından ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM