satellite   Azerspace-1: 11135 H 30000

Norveç 240 milyon dollarlıq hava hücumundan yeni müdafiə sistemləri alacaq

Norveç 240 milyon dollarlıq hava hücumundan yeni müdafiə sistemləri alacaq

Norveçin Müdafiə Nazirliyi “Kongsberg Defence & Aerospace” şirkəti ilə NASAMS zenit-raket komplekslərinin alınması üçün 240 milyon dollar dəyərində müqavilə imzalayıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə konsernin Mətbuat xidməti məlumat yayıb.

Müqavilə Krallığın Ordusuna yeni raket buraxılış qurğularının tədarükünü nəzərdə tutur. Qeyd olunur ki, yeni hərbi avadanlıq əvvəllər Ukraynaya verilmiş hava hücumundan müdafiə sistemlərini əvəz etmək üçün nəzərdə tutulub.

"NASAMS hava hücumundan müdafiə sistemi Norveçin müdafiə qabiliyyəti üçün strateji əhəmiyyət kəsb edir və milli təhlükəsizlik maraqlarının qorunmasına xidmət edəcək. Bu müqavilə Norveçə cari və gələcək təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulmuş ən son nəsil NASAMS-ı təqdim edəcək", - şirkətin baş direktoru Eyrik Li bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM