satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib

ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib

ABŞ Konqresinin yuxarı palatası qəbul edilmiş şatdaunun formallığını nəzərə alaraq federal hökumətin maliyyələşdirilməsinin müvəqqəti uzadılması haqqında qanun layihəsini gecikmə ilə dəstəkləyib.

Naxçıvan televiziyası PRİME-a istinadən xəbər verir ki, bu, “C-Span” telekanalının yayımladığı səsvermənin nəticələrindən məlum olub.

"Şatdaunun hesablanması Vaşinqton vaxtı ilə gecə yarısından (Bakı vaxtı ilə səhər saat 09:00) başlayıb, lakin federal hakimiyyət orqanlarının işinin dayandırılması formal olaraq qalır, çünki hazırda hökumətin istirahət günləridir", - məlumatda qeyd olunub.

Daha əvvəl qanun layihəsi Nümayəndələr Palatası tərəfindən qəbul edilib. İndi qanun ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin imzalamasına göndəriləcək. O, artıq yeni qanun layihəsini dəstəkləyəcəyini bəyan edib.

Səsvermədən əvvəl dekabrın 19-da müvəqqəti büdcə layihəsinin Nümayəndələr Palatasında lazımi dəstək almamasından sonra Respublikaçılar və Demokratlar arasında müzakirələr, qarşılıqlı ittihamlar olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM