satellite   Azerspace-1: 11135 H 30000

Almaniya XİN rəhbəri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə çağırıb

Almaniya XİN rəhbəri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə çağırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Finlandiya və Estoniya arasındakı “EstLink 2” kabelinin zədələnməsi fonunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, “Funke” media qrupunun nəşrlərinə müsahibəsində bildirib.

"Aİ yeni sanksiyalar tətbiq etməlidir", - nazir qeyd edib.

Berbok həmçinin kritik əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsinə və milli müdafiəyə investisiyaların artırılmasına çağırıb.

"Biz NATO üzrə tərəfdaşlarımızla birlikdə Baltik dənizini hibrid təhdidlərdən daha yaxşı necə qoruya biləcəyimizi müzakirə edirik", - o əlavə edib.

Finlandiya və Estoniya arasındakı “EstLink 2” elektrik xətti dekabrın 25-də sıradan çıxıb. Finlandiya polisi Kuk adalarının bayrağı altında üzən “Eagle S” gəmisinin lövbərinin kabeli zədələməsindən şübhələnir. Finlandiya gömrüyü isə “Eagle S” gəmisinin Rusiyanın enerji məhsullarını daşıdığını iddia edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM