satellite   Azerspace-1: 11135 H 30000

Misir XİN: İsrail 33 əsirin əvəzinə 1 890 fələstinli məhbusu azad edəcək

Misir XİN: İsrail 33 əsirin əvəzinə 1 890 fələstinli məhbusu azad edəcək

İsrail 33 əsirin əvəzində 1 890 fələstinli məhbusu azad edəcək.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi bəyanatında deyilir.

Bildirilir ki, atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək.

Bundan əvvəl HƏMAS-ın yanvarın 19-da atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında üç israilli əsiri azad etməyi planlaşdırdığı barədə xəbər yayılıb.

HƏMAS bildirib ki, Qəzza zolağında azad ediləcək israilli əsirlərin sayı fələstinli məhbusların sayından birbaşa asılı olacaq.

Qeyd edək ki, Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM