satellite   Azerspace-1: 11135 H 30000

Litvanın müdafiə naziri Aİ-ni ABŞ silahları almağa çağırıb

Litvanın müdafiə naziri Aİ-ni ABŞ silahları almağa çağırıb

Litva müdafiə naziri Dovile Şakalene Avropa İttifaqını (Aİ) ABŞ silahları almaqla transatlantik əlaqələri dəstəkləməyə çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə "Politico"ya müsahibəsində danışıb.

"Biz milli və Avropa müdafiə sənayemizi dəstəkləməliyik, eyni zamanda ABŞ silahlarının alınmasını nəzərdə tutan transatlantik əlaqələri qoruyub inkişaf etdirməliyik. Tarazlığı təmin edəcəyik", - o bildirib.

Nazir həmçinin əlavə edib ki, məsələ silah istehsalçılarında yox, "özümüzü qorumaq" qabiliyyətindədir: "Siyasi və milli maraqlar tənliyin bir hissəsi olacaq, lakin əsas element təhlükəsizliyimiz olacaq. Ehtiyaclarımıza ən yaxşı cavab verən silahı hamıdan tez istehsal edə bilənlərə bazarda daha çox tələbat olacaq”.

Onun sözlərinə görə, Avropanın ABŞ-yə ehtiyacı olmadığını düşünmək sadəlövhlük olardı: "Eyni zamanda, Avropanın daha güclü olmasına ehtiyacımız var".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM