satellite   Azerspace-1: 11135 H 30000

Kreml: Putinə sui-qəsd hazırlığı ilə bağlı sübutsuz iddialara inanmaq olmaz

Kreml: Putinə sui-qəsd hazırlığı ilə bağlı sübutsuz iddialara inanmaq olmaz

Kreml amerikalı jurnalist Taker Karlsonun Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırlaması ilə bağlı bəyanatını növbəti dəfə şərh edib.

Naxçıvan televiziyası xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Karlsonun məlum iddiasına sübut təqdim etmədiyini, belə məlumatlara inanmamağın daha yaxşı olduğunu söyləyib.

“Bilirsiniz, biz Karlson bu barədə danışarkən onun nə demək istədiyini tam başa düşmürük. O, heç bir sübut təqdim etməyib və ona görə də onun dediklərini şərh etmək iqtidarında deyiləm. Çünki nəyin nəzərdə tutulduğu bəlli deyil. İndi elə vaxtdır ki, dəlilsiz, kim olursa olsun, heç kimin sözünə inanmamaq daha yaxşıdır”, deyə Peskov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM