Vətəndaşların yalnız 11,3 %-i yaxın bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, hakim "Mülki müqavilə" partiyasına səs verərdi.
NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Gallup International Association”ın nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.
"Bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir", - o qeyd edib.
A.Navasardyanın sözlərinə görə, bu, 20-22 yanvar tarixlərində 1,1 min vətəndaş arasında keçirilmiş sorğunun nəticələrinə əsasən məlum olub.
Baş nazir Nikol Paşinyanın partiyasından sonra reytinqdə ikinci yerdə qalmaqallı videobloger Vardan Qukasyan ("Doq") tərəfindən yaradılan DOK partiyası qərarlaşıb. DOK-a respondentlərin 6,8 faizi səs verməyə hazırdır. İlk üçlüyü 6,5 % reytinqlə ikinci prezident Robert Koçaryanın "Hayastan" bloku tamamlayır.