satellite   Azerspace-1: 11135 H 30000

Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbərinin həbsi uzadılıb

Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbərinin həbsi uzadılıb

İrəvan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbəri Mikael Arzumanyanın həbs müddətini yenidən uzadıb.

Naxçıvan televiziyası yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat verib.

Bildirilib ki, onun həbsi üç ay uzadılıb.

O, 2022-ci ilin avqustundan həbsdədir və cinayət işi 2023-cü ildə məhkəməyə göndərilib. Bu müddət ərzində şahidlərin bir qismi artıq dindirilib.

M.Arzumanyan Qarabağda strateji əhəmiyyətli yüksəkliyin təslim edilməsində və 44 günlük müharibə zamanı səhlənkarlıqda ittiham olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM