satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusunda “Dron xətti” yaradılır

Ukrayna ordusunda “Dron xətti” yaradılır

“Ukrayna ordusunda “Dron xətti" adlı inqilabi layihəyə start verilir. Bu, Ukrayna briqadalarını köklü şəkildə gücləndirəcək”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov “facebook” səhifəsində söyləyib.

“Bu, pilotsuz uçuş aparatlarının döyüş əməliyyatlarının əsas elementinə çevrildiyi bir sistemdir. Həmçinin, müdafiəçilərimizə ən çətin tapşırıqları yerinə yetirməyə kömək edən yeni müharibə standartıdır. Biz diqqətimizi ən yaxşı PUA bölmələrinə yönəldirik. “Dron xətti” Quru Qoşunlarında və Dövlət Sərhəd Xidmətində pilotsuz uçuş sistemlərinin miqyasını genişləndirəcək”, - deyə nazir əlavə edib.

Umerov qeyd edib ki, birinci mərhələ beş əsas alay və briqadaları əhatə edir.

Nazirin sözlərinə görə, piyada və PUA-lar vahid zərbə sisteminə birləşdirilməklə hədəfləri rahat müəyyənləşdirəcək.

Nazir əlavə edib ki, bu, döyüş taktikasını kökündən dəyişəcək, Ukrayna əsgərlərinə həlledici üstünlük verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM