satellite   Azerspace-1: 11135 H 30000

Tramp hökuməti İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunun fəaliyyətini dayandırıb

Tramp hökuməti İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunun fəaliyyətini dayandırıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası 2008-ci il böhranından sonra vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə yaradılmış İstehlakçıların Maliyyə Müdafiəsi Bürosunun (CFPB) fəaliyyətinin dayandırılması haqqında göstəriş verib.

Bu barədə Naxçıvan televiziyası “Associated Press”ə istinadən xəbər verir.

İnzibati-Büdcə İdarəsinin rəhbəri Rassel Vout agentliyə yeni qaydaların qəbulunu dayandırmağı, artıq təsdiqlənmiş normaların qüvvəyə minməsini dondurmağı və araşdırmaları dayandırmağı əmr edib. CFPB həmçinin bütün nəzarət fəaliyyətini də dayandırmalıdır.

CFPB-nin rəsmi olaraq bağlanması üçün Konqresin qərarı lazımdır.

Trampın qərarı demokratların tənqidinə səbəb olub. Senator Elizabet Uorren bəyan edib ki, administrasiya "bankların və korporasiyaların amerikalıları aldatmasına şərait yaradır.

Büronun Vaşinqtondakı mənzil-qərargahı 10-14 fevral tarixlərində bağlı olacaq, veb-saytı isə müvəqqəti olaraq əlçatmazdır.

CFPB yarandığı vaxtdan amerikalı istehlakçılara 20 milyard dollar məbləğində kompensasiya ödənilməsinə nail olub. Yanvar ayında büro “Capital One” bankını müştəriləri aldatmaqla 2 milyard dollar ziyan vurmaqda ittiham edərək məhkəməyə müraciət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM