satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan edib

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan edib

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib.

Naxçıvan televiziyası xəbər verir ki, qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub. Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində bir neçə yeni qərar verib.

Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmənin artırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlər üçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılması və dini ayinlərin icrasının asanlaşdırılması üçün çadır düşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlar arasındadır.

Nazirlik, həmçinin əlavə edib ki, bu mövsümdə iştirak üçün əsas üstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərə veriləcək.

2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanı vətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub. Zəvvarlar “Nusuk” tətbiqi və rəsmi onlayn portal vasitəsilə qeydiyyatdan keçə biləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM