ABŞ-nin Arizona ştatının Skottsdeyl şəhərinin hava limanında iki təyyarənin toqquşması nəticəsində bir nəfər həlak olub.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABC telekanalının yerli bölməsi məlumat yayıb.
Məlumata görə, uçuş-enmə zolağından kənara çıxan təyyarə digər parklanmış təyyarə ilə toqquşub.
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi "X"də Skottsdeyl hava limanına uçuşların müvəqqəti dayandırıldığını və hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.
