satellite   Azerspace-1: 11135 H 30000

Boliviyada avtobus qəzası nəticəsində 31 nəfər ölüb

Boliviyada avtobus qəzası nəticəsində 31 nəfər ölüb

Boliviyanın cənubunda avtobus və yük maşınının toqquşması nəticəsində azı 31 nəfər ölüb, 22 nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə polisin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

Nəqliyyat vasitələri martın 3-də səhər saatlarında magistral yolda toqquşub. Zərbə nəticəsində avtobus yoldan çıxaraq 800 metr dərinliyə malik dərəyə aşıb.

Avtobus hazırda ölkənin ən məşhur karnavalının keçirildiyi Oruro şəhərindən Potosiyə gedirmiş.

Daha əvvəl qəzada 25 nəfərin öldüyü bildirilirdi. Polis hadisənin başvermə şəraitini araşdırır.

Bu, son günlər Boliviyada baş verən ikinci ağır yol qəzasıdır. Martın 1-də Uyuni şəhəri yaxınlığında iki avtobusun toqquşması nəticəsində 37 nəfər həlak olub. Maşınlardan biri Oruroya doğru gedirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM