satellite   Azerspace-1: 11135 H 30000

Peskov: Rusiya-ABŞ münasibətlərinin normallaşması sanksiyaların ləğvini nəzərdə tutmalıdır

Peskov: Rusiya-ABŞ münasibətlərinin normallaşması sanksiyaların ləğvini nəzərdə tutmalıdır

Rusiya-ABŞ münasibətlərinin normallaşması üçün Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardan azad olmaq lazımdır.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Bu sanksiyalara münasibətimiz yaxşı məlumdur - biz onları qanunsuz hesab edirik. İkitərəfli münasibətlərin normallaşmasına gəlincə, onları bu mənfi yükdən - yəni sanksiyalardan azad etmək lazımdır", - o qeyd edib.

Eyni zamanda, Peskov bildirib ki, bu məsələdə irəliləyişlə bağlı hələlik nəsə demək tezdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM