satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreya və ABŞ tariflərlə bağlı danışıqlar üçün məşvərət orqanları yaradacaq

Cənubi Koreya və ABŞ tariflərlə bağlı danışıqlar üçün məşvərət orqanları yaradacaq

Cənubi Koreya və ABŞ Vaşinqtonun tarif siyasətini müzakirə etmək və gəmiqayırma və enerji sahələrində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün məşvərət orqanlarının yaradılması barədə razılığa gəliblər.

Naxçıvan televiziyası Koreya KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın sənaye naziri An Duk Qın Vaşinqtona səfərinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, Cənubi Koreya ABŞ-nin yeni administrasiyası ilə məşvərət orqanları yaradan ilk ölkədir. Məşvərət orqanları yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Ümumilikdə gəmiqayırma, enerji əməkdaşlığı (Cənubi Koreyanın Alyaskada mayeləşdirilmiş təbii qaz layihəsində mümkün iştirakı daxil olmaqla), tariflər və qeyri-tarif maneələri ilə bağlı məsələləri əhatə edən dörd danışıqlar kanalı yaradılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM