satellite   Azerspace-1: 11135 H 30000

Boliviyada avtobus və yük maşını toqquşub, 31 nəfər ölüb

Boliviyada avtobus və yük maşını toqquşub, 31 nəfər ölüb

Boliviyanın cənubunda dağlıq ərazidə avtobusun yük maşını ilə toqquşması nəticəsində baş verən yol qəzasında azı 31 nəfər ölüb.

Naxçıvan televiziyası İraq Xəbər Agentliyinə istinadla bildirir ki, hadisə Oruro və Potosi şəhərləri arasındakı yolda baş verib. Toqquşma nəticəsində sərnişin avtobusu aşaraq yolun kənarında, təxminən 500 metr dərinlikdə olan dərəyə düşüb.

Yerli polis 31 nəfərin öldüyünü, daha 22 nəfərin yaralandığını təsdiqləyib. Yük maşınının sürücüsü saxlanılıb və qəza ilə bağlı araşdırma başlanıb.

Qeyd edək ki, martın 1-də ölkənin cənubundakı Boliviyada Uyuni şəhəri yaxınlığında iki avtobusun toqquşması nəticəsində 37 nəfərin ölümü ilə nəticələnmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM