satellite   Azerspace-1: 11135 H 30000

Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq

Zelenskidən barışıq bəyanatı: Trampın rəhbərliyi altında işləməyə hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Heç kim sülhü Ukrayna xalqından daha çox istəmir. Davamlı sülhə nail olmaq üçün mən və komandam Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq. Müharibəyə son qoymaq üçün tez işləməyə hazırıq”, - Zelenski vurğulayıb.

Ukrayna lideri münaqişənin həlli üçün ilk mümkün addımları qeyd edib: girovların azad edilməsi, səmada dərhal atəşkəs – raketlərin, uzaqmənzilli pilotsuz uçuş aparatlarının və mülki infrastruktura hücumların qadağan edilməsi, eləcə də Rusiyanın da eyni addımı atacağı təqdirdə dənizdə hərbi əməliyyatların dayandırılması.

Onun sözlərinə görə, Ukrayna bütün sonrakı mərhələləri sürətlə keçməyə və ABŞ ilə güclü yekun razılaşma əldə olunmasına ümid edir.

“Cümə günü Vaşinqtonda, Ağ Evdəki görüşümüz planlaşdırıldığı kimi olmadı. Təəssüf ki, belə alındı, bu, üzücü idi. Hər şeyi düzgün etmək vaxtıdır. İstərdik ki, gələcək əməkdaşlıq və kommunikasiyalar konstruktiv olsun. Minerallar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır. Biz bu sazişi təhlükəsizliyin möhkəmləndirilməsi və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində bir addım hesab edirik”, - Zelenski yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM