satellite   Azerspace-1: 11135 H 30000

Myanmada uçmuş binanın dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir

Myanmada uçmuş binanın dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir

Myanmanın Mandalay şəhərində zəlzələ nəticəsində dağılmış yaşayış binasının qalıqları altında 90-dan çox insanın qaldığı güman edilir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi AFP agentliyinə bildirib.

Onun məlumatına görə, xilasedicilər 12 mərtəbəli binanın dağıntıları altında axtarış aparırlar.

Qeyd edək ki, 8,2 maqnitudalı zəlzələ martın 28-də Myanma ərazisində baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçib, təxminən 2 300 nəfər xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM