satellite   Azerspace-1: 11135 H 30000

Suriyanın yeni iqtisadiyyat naziri dünya ölkələrini respublikanın bərpasına kömək etməyə çağırıb

Suriyanın yeni iqtisadiyyat naziri dünya ölkələrini respublikanın bərpasına kömək etməyə çağırıb

Suriyanın yeni hökumətində iqtisadiyyat naziri Nidal əş-Şaar dünya birliyini respublikanın bərpasına kömək etməyə çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, nazirin çıxışını “Al Hadath” telekanalı yayımlayıb.

Əş-Şaarın fikrincə, hazırda ölkə hakimiyyətinin iqtisadiyyatı daha möhkəm təməl üzərində bərpa etmək imkanı var. Onlar istehsalın gücləndirilməsinə, kiçik və orta müəssisələrin dəstəklənməsinə və xarici investisiyaların cəlb edilməsinə diqqət yetirmək niyyətindədirlər.

“Biz beynəlxalq birliyi əvvəlki rejim tərəfindən dağıdılmış şeylərin bərpası prosesinə töhfə verməyə çağırırıq”, – nazir bildirib.

O əlavə edib ki, hakimiyyət respublikada yeni iş yerləri yaradacaq və yatırım mühitini daha təhlükəsiz və cəlbedici etmək üçün şəffaflığı artıracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM