satellite   Azerspace-1: 11135 H 30000

Avstraliyanın cənubunda kenquruların kütləvi ölümü qeydə alınıb

Avstraliyanın cənubunda kenquruların kütləvi ölümü qeydə alınıb

Cənubi Avstraliyanın Viktor Harbor şəhərinin qərbindəki sahildə kenquruların kütləvi ölümü qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə yerli ABC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, sakinlər azı səkkiz kenqurunun cəsədini aşkar ediblər. İbtidai Sənaye və Regionlar Departamenti kütləvi ölümün balıqları öldürən və sörfçüləri xəstələndirən Karenia mikimotoi plankton çiçəklənməsi, toksinlər və ya digər amillərlə əlaqəli olub- olmadığını müəyyən etmək üçün araşdırmaya başlayıb.

Əlavə təhlillər üçün yaxınlıqdakı dərə, laqun və okean da daxil olmaqla su hövzələrindən, həmçinin ölü heyvan cəsədlərindən nümunələr götürülüb.

Mütəxəssislər heyvanların daha çox ölümünün qarşısını almaq və ətraf mühit amillərinin yerli faunaya təsirini qiymətləndirmək üçün baş verənlərin mümkün səbəblərini araşdırmaqda davam edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM