satellite   Azerspace-1: 11135 H 30000

Britaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır

Britaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır

Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini müzakirə etməyə hazırdır.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.

“İndi qarşıdakı illərdə təhlükəsizliyimizi təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirməyin vaxtıdır”, - o deyib.

Nazir xatırladıb ki, Britaniya artıq Aİ-nin üzvü deyil.

“Biz hərbi potensialın koordinasiyasını artırmaq, o cümlədən müdafiəyə özəl investisiyaları stimullaşdırmaq üçün avropalı tərəfdaşlar və NATO ilə işləyirik”, - Lemmi vurğulayıb.

“Biz Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparmağa hazırıq”, - XİN rəhbəri bildirib. Onun sözlərinə görə, Avropanın təhlükəsizliyi bölünməzdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM