satellite   Azerspace-1: 11135 H 30000

Tramp yenidən Ukrayna nizamlanmasında “böyük irəliləyiş” olduğunu söyləyib

Tramp yenidən Ukrayna nizamlanmasında “böyük irəliləyiş” olduğunu söyləyib

Ötən həftəsonu Ukraynadakı münaqişənin həlli prosesində “böyük irəliləyiş” əldə olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Bundan əvvəl Vaşinqton administrasiyasının rəhbəri təfərrüatları açıqlamadan Ukrayna üzrə danışıqlarda “əhəmiyyətli irəliləyiş”dən danışmışdı.

“Yaxşı həftəsonu keçirdik. Çox maraqlı hadisələr baş verdi və düşünürəm ki, Ukrayna və Rusiya ilə bağlı çox irəliləyiş əldə etdik”, - o deyib.

Tramp vurğulayıb ki, münaqişələr hər zaman olur, sadəcə, o və komandası onlara son qoymaqda əhəmiyyətli irəliləyiş əldə edirlər “Bu, addım-addım baş verir. Liderlər arasında böyük nifrət var, amma düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik” – o fikrini yekunlaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM