satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada aprelin 1-dən miqrantların uşaqlarının məktəblərə qəbul qaydası dəyişir

Rusiyada aprelin 1-dən miqrantların uşaqlarının məktəblərə qəbul qaydası dəyişir

Rusiyada 2025-ci ilin aprelin 1-dən rus dilini bilməyən miqrant övladlarının məktəblərə qəbulunu qadağan edən qanun qüvvəyə minəcək.

Naxçıvan televiziyası xəbər verir ki, əcnəbilər Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər.

Məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir. Ödənişsiz olacaq testin keçirilməsi qaydası Rusiyanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilib.

Təhsil Nazirliyinin əmrinə əsasən, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmək üçün minimum üç bal həddi müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM