satellite   Azerspace-1: 11135 H 30000

Avropanın 15 ölkəsi birgə hərbi təlim keçirəcək

Avropanın 15 ölkəsi birgə hərbi təlim keçirəcək

NATO-ya üzv ölkələrin hərbi hava qüvvələri bu gün genişmiqyaslı “Ramstein Flag 2025” təlimlərinə başlayır.

Naxçıvan televiziyası xəbər verir ki, təlimlər 40 gün davam edəcək.

Avropadakı 12 aviabazadan istifadə olunacaq təlimlərdə 15 ölkədən 90 hərbi təyyarə iştirak edəcək. Əməliyyatlar Niderlanddakı Leuvarden Hava Bazasından idarə olunacaq.

ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələri bildirib ki, “Ramstein Flag 2025” müharibə, inteqrasiya olunmuş hava və raketdən müdafiə imkanlarını hazırlamaq və nümayiş etdirmək üçün nəzərdə tutulmuş genişmiqyaslı təlimdir.

Manevrlər, xüsusən, NATO qüvvələrinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə əsasən yerləşdirildiyi halda, dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminə qarşı hərəkətlərin simulyasiyasını əhatə edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM