satellite   Azerspace-1: 11135 H 30000

"SpaceX" ilk dəfə Yerin qütbləri üzərində orbital uçuşa başlayıb

"SpaceX" ilk dəfə Yerin qütbləri üzərində orbital uçuşa başlayıb

"Crew Dragon" kosmik gəmisi bu gün Yerin Şimal və Cənub qütbləri üzərində orbital uçuşa çıxıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "SpaceX" şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.

“Fram2” adlanan missiya kriptovalyuta investoru Çun Van tərəfindən maliyyələşdirilib. Missiya adını 19-cu və 20-ci əsrin əvvəllərində fəaliyyət göstərən Norveç qütb ekspedisiya gəmisindən alıb.

Kosmik uçuş bu gün Bakı vaxtı ilə 06:46-da Floridadan “Falcon 9” raketi vasitəsilə həyata keçiriləcək.

Üç-beş gün davam edəcək missiya çərçivəsində astronavtlar Yerin şimal və cənub qütbləri üzərində uçaraq müşahidələr aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM