satellite   Azerspace-1: 11135 H 30000

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2,7 min nəfəri keçib

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2,7 min nəfəri keçib

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Myanmanın baş naziri Min Aun Hlayn Çin Mərkəzi Televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 4 521 nəfər xəsarət alıb, 441 nəfər itkin düşüb. Ölənlərin sayı 3 min nəfəri ötə bilər.

Qeyd edək ki, martın 28-də Myanmada baş vermiş 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Təkanların episentri ölkənin paytaxtı Neypyidonun şimalında yerləşən Saqayn inzibati dairəsindən təxminən 16 kilometr şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM