satellite   Azerspace-1: 11135 H 30000

Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək

Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək

Fransada genişmiqyaslı etiraz aksiyaları keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu "Milli Birlik" partiyasının lideri Jordan Bardellya Marin Le Penə qarşı hökmün elan edilməsindən dərhal sonra “CNews” telekanalına müsahibəsində bildirib.

"Hesab edirəm ki, fransızlar qəzəblənməlidirlər, biz bu həftə sonu nümayişlər təşkil edəcəyik. Le Penin işi üzrə qərar çıxaran hakimlərə qarşı hər hansı təhdid və təhqir qəbuledilməzdir”, - o qeyd edib.

Xatırladaq ki, dünən Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərindən məqsədyönlü istifadə etməməkdə təqsirli hesab edib. İddia olunur ki, 2006-2016-cı illər arasında Le Pen partiya üçün deputat köməkçilərini saxtakarlıq yolu ilə işə götürüb.

Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Məhkəmənin qərarına əsasən, Le Pen bu müddətin iki ilini şərti olaraq, digər iki ilini isə ev dustaqlığında keçirəcək. O, həmçinin 2027-ci il prezident seçkilərində iştirak edə bilməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM