satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov Rusiya və ABŞ arasında ikinci görüşə hazırlıq barədə məlumat verib

Sergey Lavrov Rusiya və ABŞ arasında ikinci görüşə hazırlıq barədə məlumat verib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Zvezda” telekanalına müsahibəsində Rusiya və ABŞ arasında ikinci görüşə hazırlıq barədə məlumat verib.

Naxçıvan televiziyası xəbər verir ki, onun sözlərinə görə, hazırda telefon və video rabitə vasitəsilə əlaqələr davam edir.

“İstanbulda görüş olub, indi ikinci görüş hazırlanır. Telefon və videokonfrans vasitəsilə təmaslar davam edir”, - deyə Rusiya XİN rəhbəri qeyd edib.

Sergey Lavrov hələlik heç bir proqnoz vermək istəmədiyini, lakin Moskvanın müsbət dəyişikliklər gördüyünü vurğulayıb.

“Biz irəliləyişləri və amerikalı tərəfdaşlarımızın bir-birinin paytaxtında diplomatların normal işinə mane olan, diplomatik praktika nöqteyi-nəzərindən tamamilə qəbuledilməz olan bu maneələri aradan qaldırmaq istəyini görürük”, - deyə nazir bildirib.

Bundan əvvəl tərəflər İstanbulda görüş keçirib, orada ikitərəfli münasibətlər və diplomatik missiyaların fəaliyyəti məsələləri müzakirə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM