satellite   Azerspace-1: 11135 H 30000

Xabarovskda 4,1 maqnitudalı zəlzələ olub

Xabarovskda 4,1 maqnitudalı zəlzələ olub

Rusiyanın Xabarovsk diyarının Vanino qəsəbəsi yaxınlığındakı Tatar boğazı akvatoriyasında 4,1 maqnitudalı zəlzələ olub.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.

"Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin məlumatına görə, aprelin 2-də saat 15:48-də Tatar boğazı akvatoriyasında, Xabarovsk diyarının Vanino qəsəbəsindən 24 km şimal-şərqdə və Saxalin vilayətinin Uqleqorsk şəhərindən 117 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşib. İlkin məlumatlara görə, onun maqnitudası 4,1 təşkil edib", - məlumatda bildirilib.

Bu seysmik hadisə Vanino və Sovetskaya Qavan rayonlarının ərazisində hiss edilməyib, əhalidən vahid növbətçi-dispetçer xidmətinə zənglər daxil olmayıb. Yanacaq-energetika kompleksi və mənzil-kommunal təsərrüfatı obyektləri ştat rejimində fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM