satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın DTX rəhbəri istefa verib

Gürcüstanın DTX rəhbəri istefa verib

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili istefa verib.

Naxçıvan televiziyası Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

DTX-nin yeni rəhbəri ədliyyə naziri Anri Oxanaşvili olacaq, onun yerinə isə Paata Salia təyin olunacaq.

"Biz Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə Anri Oxanaşvilinin namizədliyini parlamentə təqdim edirik. Xatırladırıq ki, ədliyyə naziri vəzifəsini tutmazdan əvvəl Anri Oxanaşvili uzun illər Gürcüstan parlamentinin deputatı və Hüquq Məsələləri Komitəsinin sədri olub", - o qeyd edib.

İ.Kobaxidze hökumətdəki kadr dəyişiklikləri barədə məlumat verib. Belə ki, Gürcüstanda Regional İnkişaf Nazirliyi yaradılacaq və ona Q.Liluaşvili rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM