satellite   Azerspace-1: 11135 H 30000

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 085 nəfərə çatıb

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 085 nəfərə çatıb

Myanmada martın 28-də baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 085-ə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Bildirilib ki, 4 714 nəfər yaralanıb, 341 nəfər isə itkin düşmüş hesab olunur.

Xatırladaq ki, martın 28-də  Myanmada güclü zəlzələ baş verib. Müxtəlif məlumatlara görə, onun maqnitudası 7,7-7,9 arasında dəyişib. Bunun ardınca 6,4 maqnitudalı ikinci zəlzələ də baş verib.

Myanmada bir həftəlik milli matəm elan edilib. Ölkənin dövlət bayrağı aprelin 6-dək yarıya qədər endirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM